İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verildi - YENİLƏNDİ
25 Aprel 2024
09:35 - 18 Yanvar 2023
Lənkəranda bərbərxanada partlayış olub.
Manset.az “Report”a istinadən xəbər verir ki, Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.
Belə ki, 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gəlib qapını açıb içəri daxil olduqdan sonra elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə hər iki əlindən və sifətindən yanıq xəsarətləri alıb.
İlkin araşdırma zamanı partlayışın baş vermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında qaz sızmasının olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin