Azərbaycanda bərbərxanada PARTLAYIŞ: Xəsarət alan var

09:35 - 18 Yanvar 2023

Azərbaycanda bərbərxanada PARTLAYIŞ: Xəsarət alan var

Lənkəranda bərbərxanada partlayış olub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gəlib qapını açıb içəri daxil olduqdan sonra elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə hər iki əlindən və sifətindən yanıq xəsarətləri alıb.

İlkin araşdırma zamanı partlayışın baş vermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında qaz sızmasının olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin