Canlı yayımda partlaması qeydə alınan təyyarədən heç bir uşağın cəsədi tapılmır

09:18 - 18 Yanvar 2023

Canlı yayımda partlaması qeydə alınan təyyarədən heç bir uşağın cəsədi tapılmır

Xilasedicilər Nepalda təyyarə qəzasında ölən uşaqların cəsədlərini tapa bilmirlər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin siyahısından belə məlum olur ki, təyyarədə dörd azyaşlı - 12 yaşından kiçik bir uşaq və üç körpə olub. Onların hamısı Nepal vətəndaşı olub.

Yerli polisin məlumatına görə, onlar yanmış ola bilərlər.

Artıq ölən 22 nəfərin cəsədi müəyyən edilərək yaxınlarına təhvil verilib.

Xatırladaq ki, Nepalın “Yeti Airlines” aviaşirkətinin Katmandudan Poxaraya uçan ATR 72 təyyarəsi yanvarın 15-də eniş edərkən qəzaya uğrayıb. Təyyarədə olanların hamısı həlak olub.

Qeyd edək ki, sərnişinlərdən bəziləri qəza anında canlı yayım apardığından, sosial şəbəkələrdə uçuşun son anlarının kadrları yayılıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin