Arvadını öldürən 70 yaşlı kişi HƏBS EDİLDİ

18:00 - 17 Yanvar 2023

Arvadını öldürən 70 yaşlı kişi HƏBS EDİLDİ

Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən 70 yaşlı kişi həbs edilib.

 

Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Ağcabədi Rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin