Daha bir qəza: xəsarət alanlar var

21:59 - 16 Yanvar 2023

Daha bir qəza: xəsarət  alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

"NİVA" markalı avtomobillə "Nissan"ın toqquşması nəticəsində xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin