Qubada gənc yazarın ölümü ilə bağlı yayılanlar YALANDIR
11 May 2024
20:36 - 16 Yanvar 2023
Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Qunda Reyre ilə görüşüb.
Səfirlikdən Manset.az-a verilən məlumata görə, söhbət zamanı ikitərəfli strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.
“Biz Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə etdik və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, - səfir bildirib.
Öz növbəsində, Latviya XİN nümayəndəsi ikitərəfli dialoqun uğurlu inkişafını yüksək qiymətləndirdiyini bildirib.
Görüş zamanı, həmçinin münaqişədən sonrakı dövrdə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub.
E.Sultanov Q.Reyneyə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycanın regionda sülhün bərqərar olması üçün göstərdiyi səylər barədə məlumat verib.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin