Tovuzda ağaclığa düşən ildırım yanğına səbəb oldu

10:09 - 24 Avqust 2021

Tovuzda ağaclığa düşən ildırım yanğına səbəb oldu

Tovuz rayonunda axşam saatlarında çaxan güclü ildırım ağaclıq sahəyə düşüb.

Manset.az-ın məlumatına görə, nəticədə rayon Olimpiya Kompleksi yaxınlığında olan ağaclıq sahəsində yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub və ərazidə baş vermiş yanğın söndürülüb. Yanğın zamanı quru ot, kol-kos və 15 ədəd şam ağacı yanıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin