Vaxtanq Kikabidze vəfat etdi - VİDEO

17:39 - 15 Yanvar 2023

Vaxtanq Kikabidze vəfat etdi - VİDEO

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.

Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib.

1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə “Velo”, sonra isə “Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində mahnılarla konsertlər verir. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin