FHN-nin əməkdaşı qəzaya düşdü

20:16 - 14 Yanvar 2023

FHN-nin əməkdaşı qəzaya düşdü

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qəzaya düşüb.

 

Manset.az xəbər verir ki, hadisə  Oğuz rayonunun  Sincan kəndi ərazisində baş verib.

Belə ki,"VAZ-2207" markalı minik avtomobili yoldan cıxaraq ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü Umarov Aslan Xalid oğlu  və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Oguz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Aslan Umarov Fövqaladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin