“Açıq mikrofon” bu rayonlarda baş tutacaq

17:22 - 14 Yanvar 2023

“Açıq mikrofon” bu rayonlarda baş tutacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

Manset.az xəbər verir ki, növbəti həftə daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya 16 yanvar saat 11:00-dan 12:00-dək Lerik rayonu Mədəniyyət Mərkəzində, 17 yanvar saat 13:00-dan 14:00-dək Astara rayonu Mədəniyyət Mərkəzində, 19 yanvar saat 11:00-dan 12:00-dək Cəlilabad rayon Heydər Əliyev Yaradıcılıq Mərkəzində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin