<

Limitin yenilənməsi prosesi haqqında ən son məlumatlar açıqlandı - VİDEO

00:05 - 14 Yanvar 2023

Limitin yenilənməsi prosesi haqqında ən son məlumatlar açıqlandı - VİDEO

"SOCAR "Azəriqaz” İB olaraq limitin yenilənməsi prosesi ölkə üzrə tam başa çatdırılıb. Sonradan ödənişli, yəni mexaniki tipli sayğaca sahib 1 milyon 400 minə yaxın abonenti əhatə edən prosesdə göstərdikləri dəstəyə görə abonentlərə Birlik adından təşəkkür edirik”.

 

Manset.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisi həmçinin qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına da toxunub. Qurum rəsmisi qış mövsümündə daha çox rast gəlinən neqativ halların yaşanmaması üçün qazdan istifadə və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.
 

Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov isə abonentləri kustar üsulla hazırlanan cihazlardan və "tüstü bacaları”ndan çəkinməyə çağırıb. Şöbə rəisi bildirib ki, yaşanan xoşagəlməz hadisələr bir çox hallarda abonentlərin məsuliyyətsizliyi səbəbindən baş verir.

"Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran suallar əsasında davam edib.

Ətraflı video materialda:


Xəbər xətti

30 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin