Pandemiyanın 4-cü dalğası bir neçə günə pik nöqtəyə çatacaq

22:08 - 23 Avqust 2021

Pandemiyanın 4-cü dalğası bir neçə günə pik nöqtəyə çatacaq

Fransada bir neçə gün ərzində 4-cü koronavirus dalğası pik nöqtəyə çatacaq. Belə ki, ölkədə hər gün 20 minə yaxın yoluxma hadisəsi qeydə alınır.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran "BFM" telekanalına müsahibəsində bildirib.

"4-cü dalğanın bir neçə gün ərzində pik nöqtəyə çatacağını düşünürük. Təyin olunmuş bütün tədbirlərə riayət etmək lazımdır: sosial məsafəni qorumaq, qoruyucu maskalar taxmaq", - O.Veran deyib.

Son məlumatlara görə, pandemiya başlayandan Fransada 6,6 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 113 mindən çox insan ölüb. 47 milyondan çox sakin bir doza vaksin qəbul edib. COVID-19 peyvəndi hazırda 12 yaşından başlayaraq bütün fransızlara tətbiq edilir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin