Əfqanıstan XİN qarşısında baş verən partlayışa görə məsuliyyəti bu təşkilat üzərinə götürdü

17:30 - 12 Yanvar 2023

Əfqanıstan XİN qarşısında baş verən partlayışa görə məsuliyyəti bu təşkilat üzərinə götürdü

Dünən Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında baş verən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, terror təşkilatının sosial media hesabında paylaşımında dünən Xarici İşlər Nazirliyinin qarşısında baş verən partlayışın İŞİD-çilər tərəfindən təşkil edildiyi bildirilib.

Qeyd edək ki, dünən Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında şiddətli partlayış olub və 5 mülki vətəndaş həyatını itirib.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin