Pentaqon Əfqanıstandan tam çıxacağı tarixi açıqladı

20:30 - 23 Avqust 2021

Pentaqon Əfqanıstandan tam çıxacağı tarixi açıqladı

ABŞ avqustun 31-dək qoşunlarını Əfqanıstandan tamamilə çıxaracaq.

Manşet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

O keçirdiyi brifinqdə qeyd edib ki, Pentqon qoşunların çıxarılması müddətini uzatmaq fikrində deyil.

“Müdafiə Nazirliyi ABŞ Prezidentinə Kabil hava limanından təxliyyənin gedişatı barədə məlumat verərək tövsiyələrini irəli sürüb. Pentaqon qüvvələrin çıxarılması vaxtının 31 avqustdan sonraya uzadılmasını təklif etmədi. Biz hələlik bu nöqtəyə gəlməmişik”, - deyə Kirbi qeyd edib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin