SON DƏQİQƏ! Hərbçimiz İNTİHAR ETDİ

22:04 - 9 Yanvar 2023

SON DƏQİQƏ! Hərbçimiz İNTİHAR ETDİ

Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

 

Bu barədə Manset.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilmiş, zəruri hərəkətlər icra olunmuşdur.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və  qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Manset.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin