İranın daha iki ölkədəki səfiri XİN-ə ÇAĞIRILDI

20:58 - 9 Yanvar 2023

İranın daha iki ölkədəki səfiri XİN-ə ÇAĞIRILDI

İranın Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirə İranda baş verən edamlarla bağlı kəskin etiraz bildirilib.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətinin Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib.

Bundan əvvəl Almaniya XİN də analoji addım atıb.

Qeyd edək ki, yanvarın 7-də İran rejimi iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin