Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradıldı

19:00 - 8 Yanvar 2023

Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradıldı

Yanvarın 7-də Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyinin İcmanın müxtəlif strukturlarında təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib.

 

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, görüşdə Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriya üçün çatdırılma zərurətindən və üsullarından bəhs edib.

Bir neçə saat çəkən müzakirələrdə problemin bütün aspektləri nəzərdən keçirilib. Müzakirələrdə İcma sədri, millət vəkili Əziz Ələkbərli, İcma sədrinin müavini, millət vəkili, professor Hikmət Babaoğlu, İcmanın şöbə müdiri Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, professor Fərrux Rüstəmov, professor, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi çöbəsinin müdiri Cəbi Bəhramov, tanınmış tarixçi alim Nazim Mustafa, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli iştirak və çıxış ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili, professor Hikmət Babaoğluya tapşırılıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin