Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
23:42 - 6 Yanvar 2023
2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək, çünki məhdud təklif artan tələbatla üst-üstə düşür.
Manset.az axar.az-a istinadən bildirir ki, bu barədə "Eurasia Group" konsaltinq firması məlumat yayıb.
"COVİD-0 siyasətindən qəfil çıxmasından sonra Çin iqtisadiyyatının bərpası gözlənildiyindən daha sürətli olduğu üçün, həmçinin ABŞ-ın dərin olmayan tənəzzülündən sonra neft bazarı bu il silkələnmə yaşamağa hazırlaşır", - deyə bildirilir.
Müəlliflərin sözlərinə görə, bu iki amil xam neftə tələbi artıracaq və yeni tədarükün ciddi çatışmazlığını ortaya çıxaracaq.
"Davam edən sanksiyalar fonunda Rusiya istehsalının azalması, OPEK+ ehtiyat potensialının aşağı səviyyəsi, qeyri-OPEK hasilatına kapital qoyuluşunun azalması və İranla nüvə sazişinin olmaması ilə problem daha da dərinləşir".
Qeyd edək ki, hazırda "Brent" markalı neftin bir barreli 79,12 dollaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin