Taliban ABŞ ordusuna vaxt verdi

11:28 - 23 Avqust 2021

Taliban ABŞ ordusuna vaxt verdi

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ABŞ qoşunlarının ölkəni tərk etməsi üçün son tarixi açıqlayıb.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qruplaşmanın nümayəndəsi 31 avqustadək ABŞ qoşunlarının ölkəni tam tərk etməli olduğunu bəyan edib.

“Taliban”ın bu tarixi qırmızı xətt hesab etdiyi, 31 avqustdan sonrakı müddət üçün qoşunların ölkədə qalmasının işğal sayılacağı və bunun qarşılığı olacağı vurğulanıb.

“31 avqust ABŞ-ın Əfqanıstandan çıxması üçün son tarixdir”, - qeyd edilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin