Xamneyidən hicabla bağlı AÇIQLAMA

11:51 - 6 Yanvar 2023

Xamneyidən hicabla bağlı AÇIQLAMA

İranın ali lideri Ayətullah Əli Xamenei tam hicab taxmayan qadınların “din və ya rejim əleyhinə” ittiham olunmamasını tələb edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranda “Analar günü” kimi qeyd olunan gün münasibətilə paytaxt Tehrandakı iqamətgahında bir qrup qadınla görüşən Ayətullah Xamneyi etirazlarla bağlı açıqlamasında, “Hicab dini bir borcdur. Ancaq bu o demək deyil ki, tam çadra taxmayan biri dinə və ya inqilaba qarşı ittiham olunsun” - deyib.

O, İranın müxtəlif şəhərlərinə səfərləri zamanı bəzi din xadimlərinin tam hicablı olmayan qadınları ittiham etməsinə qarşı olduğunu bildirib:

“Onlar bizim öz uşaqlarımız, öz qızlarımızdır. Etiraz nümayişləri bəzi qüvvələr tərəfindən təhrik edilib. Son hadisələrdə düşmənin ümidi hicab qaydasına tam əməl etməyən qadınların baş örtüyü tamamilə çıxarması idi, lakin istədikləri kimi alınmadı".


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin