"Belə çıxır ki, şirkət yerli oyunlara güvənə bilmir" - Topazdan PFL-ə İNAMSIZLIQ

15:45 - 10 Yanvar 2023

Bir sıra sahibkarlar tərəfindən Topaz İdman Mərc Oyunları operatorundan saytımıza şikayətlər daxil olub.

 

Manset.az-a daxil olan şikayətdə sahibkarlar və Topaz İdman Mərc Oyunlarının müştəriləri şirkətin canlı oyunlar zamanı faiziləri azaltdığını bildiriblər. Belə ki, əvvəllər canlı oyunlar zamanı ümumi məbləğin 7 faizi Topaz məntəqələrini işlədən sahibkarlara qalırdısa, indi bu rəqəm 5 faizidir. Bu da məntəqələri çalışdıran sahibkarlar üçün çətinliklər yaradır. Onlar icarə pullarını və işçilərin pullarını ödəməkdə çətinlik yaşayırlar. Verilən məlumata görə artıq sahibkarlar mənfəət götürə bilmədiyindən bir çox məntəqələr bağlanmaq ərəfəsindədir. Bundan əlavə müştərilər də şikayətlərində bildirib ki, oyun əmsalları az verilir. Azərbaycanın özünün Premyer Liqasında bir çox oyunlar Topaz İdman Mərc Oyunlarında canlıya verilmir. Bu böyük biabırçılıqdır. Necə ola bilər ki, sən öz ölkənin futbol oyununu canlı mərc oyunlarına daxil etməyəsən. Belə çıxır ki, şirkət yerli oyunlara güvənə bilmir. Yəni oyun alqı-satqısından çəkindiyi üçün öz premyer liqasınının bir çox oyunlarını canlıya daxil etmir.


Müştərilər bildirib ki, Topaz İdman Mərc Oyunları operatorundan bir çox rəsmi qurumlara da müraciətlər ediblər. onlar bildirir ki, şirkət hiylələrə də əl atır. Belə ki, canlı oyunlar zamanı 90 dəqiqə bitdikdən sonra oyuna əlavə olunan dəqiqələr zamanı əmsallar bağlanır. Bu da müştərilərin əsəblərini yerindən çıxarır. Məhs bu səbəbdən son zamanlar intihar hallarına da rast gəlinib. Böyük məbləğdə pullar uduzan müştərilər əlavə vaxtlarda əmsalların bağlanması zamanı stress keçirirlər. Bütün bunlara görə müştərilər alternativ mərc oyunlarına üz tüturlar. Qeyd olunur ki, "Topaz"-dan başqa digər mərc oyunları şirkəti əmsalları daha yuxarı verir. 

 

Manşet.az
 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin