"Səhhətim əladır, özümü qoz kimi hiss edirəm" - Abid Şərifov

15:20 - 5 Yanvar 2023

Bir çox tanınmış insanların Yeni ili harada qeyd etməsi həmişə cəmiyyətdə müzakirə mövzusu olub. Baş nazirinin keçmiş müavini Abid Şərifov bayramı harada qeyd etməsi ilə bağlı açıqlama verib.

 

Bu barədə Manset.az-a danışan Abid Şərifov Yeni ili xüsusi qeyd etmədiyini bildirib.

 

"Yeni ilə görə xüsusi olaraq harasa getməmişik. Bu yaşda hara gedəcəm ki..Bakıda olmuşam, ailəmlə nəvələrimlə birlikdə qeyd etmişik. Şəkiyə də gedə bilmədim. Bir az işlərim var idi."

Səhhətim də əladır, özümü qoz kimi hiss edirəm."

Əli VƏLİYEV

Manşet.az

 

 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin