SON DƏQİQƏ: Azərbaycanda tanınmış iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ - FOTO

14:14 - 5 Yanvar 2023

SON DƏQİQƏ: Azərbaycanda tanınmış iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ - FOTO

Naftalanda baş verən intiharın bəzi detalları məlum olub. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb.

63 yaşlı Feyruz Qocayev özünə məxsus “Nissan” markalı, 46-BA-222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb. 

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd “Stoeger” markalı tüfəng götürüblər. 

 

Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən “Şəfa” sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış. 

F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb. 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin