Ötən ilin ən yaxşı futbolçusu açıqlandı

18:16 - 4 Yanvar 2023

Ötən ilin ən yaxşı futbolçusu açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messi layiq görülüb. 36 yaşlı forvard 275 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Messinin Paris təmsilçisindən komanda yoldaşı olan Kilian Mbappe (35 xal) tutub. İlk "3-lüy"ü 30 xalla İspaniya "Real Madrid"indən Kərim Benzema tamamlayıb.

Onun "kral klubu"ndan komanda yoldaşı olan xorvatiyalı Luka Modriç (15 xal) 4-cü, İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holan (5 xal) isə 5-ci olub.

Qeyd edək ki, Lionel Messi ötən il millinin heyətində dünya çempionluğunu qazanıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin