Azərbaycanda DƏHŞƏT - sevgilisi ilə birləşib, oğlunu öldürdü

20:59 - 22 Avqust 2021

Azərbaycanda DƏHŞƏT - sevgilisi ilə birləşib, oğlunu öldürdü

Goranboy rayonunda dəhşətli qətlin üstü isti izlərlə açılıb.

Qazet.az xəbər verir ki, Goranboy rayon Polis Şöbəsinin apardığı araşdırma nəticəsində məlum olub ki, avqustun 15-də rayonun M.Məhərrəmov küçəsində yaşayan Gülayət Əliağa qızı Təhməzova 11 yaşlı oğlu Fərid Fəxrəddin oğlu Təhməzovu sevgilisi Anar Aydın oğlu Məmmədovla ilə birliklə xüsusi amansızlıqla öldürərək Goran qəsəbəsində qamışlıq əraziyə atıblar.
Adı çəkilən şəxslər izi itirmək məqsədilə ayın 19-də azyaşlının itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Lakin operativ əməliyyat istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb və sözügedən şəxslər tutularaq istintaqa cəlb edilib.

Hazırda Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bundan öncə azyaşlının itkin düşməsi barədə məlumat yayılmışdı.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin