Voleybol millimiz Rusiyaya uduzdu

20:42 - 22 Avqust 2021

Voleybol millimiz Rusiyaya uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Manset.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşıb. Görüş rusiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığma ilk setdə 16:25, ikinci setdə 17:25, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.

Avropa çempionatı

A qrupu

19:00. Azərbaycan - Rusiya - 0:3 (16:25, 17:25, 13:25)

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda Belçika və Bosniya və Herseqovina seçmələrinə müvafiq olaraq, 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma hazırda sonuncu - 6-cı pillədə qərarlaşıb.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin