Praysdan Cənubi Qafqaz açıqlaması: Ağır işdir!

11:48 - 4 Yanvar 2023

Praysdan Cənubi Qafqaz açıqlaması: Ağır işdir!

Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu təsvir etməməliyik. Bu, münaqişə tərəflərinin görməli olduğu ağır işdir.

Manset.az Axar.az-a xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə bildirib.

O qeyd edib ki, Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqliyimizi davam etdiririk.

N.Prays vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi üçün AB, ATƏT, digər beynəlxalq təşkilatlar və həmfikir tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirir.

Bu baxımdan o, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşləri barədə müsbət fikirlər səsləndirib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin