Azərbaycanda 11 yaşlı yeniyetmə qətlə yetirildi - Meyiti qamışlığa atıldı

20:06 - 22 Avqust 2021

Azərbaycanda 11 yaşlı yeniyetmə qətlə yetirildi - Meyiti qamışlığa atıldı

Goranboyda meyiti tapılan yeniyetmənin şəxsiyyəti məlum olub.

Manset.az report-a istinadən xəbər verir ki, Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin