Gecə saatlarında ağır qəza: Yaralılar var

22:33 - 3 Yanvar 2023

Gecə saatlarında ağır qəza: Yaralılar var

Tovuzda sürücü idarəetməni itirərək qəza törədib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. 

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq başqa maşına çırpılıb. Nəticədə 2003-cü il təvəllüdlü Eltaç Həsənov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin orta-ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin