Bakıda yaşayış binasında təhlükəli vəziyyətlə üzləşən şəxs xilas edildi

11:41 - 22 Avqust 2021

Bakıda yaşayış binasında təhlükəli vəziyyətlə üzləşən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Manset.az FHN-ə istinadən xəbər verir ki, nazirliyiin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş yaşadığı mənzilin eyvanından birinci mərtəbənin artırmasının damına çıxıb və yaş həddinin çoxluğu səbəbindən geri qayıda bilməyib. Vətəndaş xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin