Bu yollarda tıxac var - SİYAHI
27 Noyabr 2024
09:38 - 1 Yanvar 2023
Azərbaycanda miqrasiya orqanlarının işçiləri bu ildən hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ötən il dekabrın 20-də “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik barədə qanunu imzalayıb.
Sənədə əsasən, Əsasnamənin 80-ci maddə aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Əsasnamənin 81-ci maddəsi ləğv edilib.
Prezidentin imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin