Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi

11:22 - 9 İyun 2021

Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib.

Manşet.az xəbər verir ki, səfir bu barədə tvitter hesabından məlumat paylaşıb.

Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib: "Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar"!.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin