Türkiyədə zəlzələ oldu

21:26 - 21 Avqust 2021

Türkiyədə zəlzələ oldu

Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.

Manset.az-ın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 16:21-də qeydə alındığını bildirib.

Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmik aktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin