Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirdi

08:48 - 17 İyun 2021

Bayden Putinlə söhbətinin

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.

Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu o, rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşün ardından təşkil olunmuş mətbuat konfransında deyib.

“Sizə deməliyəm ki, bütün görüşün tonu... yaxşı, pozitiv idi. Hər hansı sərt hərəkətlər olmadı. Xeyr, heç bir təhdid yox idi”, - deyə Bayden qeyd edib.

Onun sözlərinə görə, tərəflər bir-biri ilə fikir ayrılığında olduqları məqamları da ortaya qoyublar.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin