Ancelina Coli Əfqanıstanda baş verənlərə səssiz qalmadı - FOTO

17:24 - 21 Avqust 2021

Ancelina Coli Əfqanıstanda baş verənlərə səssiz qalmadı - FOTO

Hollivud ulduzu Ancelina Coli Əfqanıstanda baş verənlərə səssiz qalmayıb.

Manşet.az xəbər verir ki, aktrisa şəxsi instaqram hesabı açaraq azyaşlı əfqan qızın ona yazdığı məktubu paylaşıb. Daha əvvəl sosial şəbəkə hesabı olmayan Ancelina insan haqlarını müdafiə edəcək paylaşımlar edəcəyini bildirib. Aktrisa Əfqanıstanı bürüyən qorxu və qeyri-müəyyənlik səbəbilə onların öz doğma yurdlarından didərgin düşməsinə görə böyük təəssüf hissi keçirdiyini bildirib.

O, dünyanın ən bacarıqlı və qabiliyyətli insanları kimi tanıdığı əfqanları başqa ölkələrin yük kimi qəbul etməsini isə “ürəkbulandırıcı” adlandırıb.

Qeyd edək ki, yeni instaqram hesabında sadəcə bir post paylaşan Colinin artıq 4 milyon 400 min izləyicisi var.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin