Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi
20 Noyabr 2024
20:00 - 23 Dekabr 2022
Bu gün Cənubi Azərbaycanın Sulduz şəhərində doğulan ozan Araz Elsəs Mədəniyyət TV-nin “Səhərçağı” proqramının qonağı olub.
Manset.az xəbər verir ki, o, Mədəniyyət TV-nin tamaşaçılarına özünəməxsus ifalarını təqdim edib.
İsveçdə yaşayan soydaşımız yenidən Vətənə dönməsindən məmnunluğunu dilə gətirib.
Proqramın aparıcısı Səbinə Öz ilə həmsöhbət olan ozan ən böyük arzusundan da danışıb. Onun ən böyük arzusu Xudafərini ziyarət etməkdir.
44 günlük Vətən savaşından da söz açan Elsəs Xudafərin körpüsündə dalğalanan bayrağımızın Cənubda yaşayan Azərbaycanlılarda çox böyük ruh yüksəkliyi yaratdığını da deyib.
Araz Elsəs “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə açıqlamasında 25 ildən sonra yenidən doğma Azərbaycan Televiziyasında olduğundan çox xoş hislər keçirdiyini deyib, QSC-nin rəhbərliyi və bütün kollektivinə minnətdarlığını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin