Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
00:26 - 21 Avqust 2021
Əfqanıstanın Milli qəhrəmanı, Şimal Alyansın lideri, “Pəncşir aslanı” Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun silahlı dəstələri cümə günü Bağlan vilayətinin üç bölgəsini (Salah, Puli-Hisar və Banu) taliblərdən geri aldılar. Bu barədə “Panjshir_Province” xəbər verib.
Manset.az xəbər verir ki, Əhməd Məsud Əfqanıstanın “Taliban” tərəfindən nəzarət edilməyən sonuncu bölgəsi olan Pəncşirdə taliblərə qarşı silahlı dəstələrə rəhbərlik edir.
“Panjshir_Province” video yayıb. Həmin videogörüntülərdə Məsudun döyüşçüləri tərəfindən Dih-Salah bölgəsində Administrasiya rəhbərliyinin binası üzərinə Əfqanıstan bayrağını sancdığı əks olunub.
"Əfqanıstan bayrağı taliblərlə şiddətli döyüşlərdən sonra Bağlan əyalətindəki Dih-Salaha geri döndü", - qəzet yazıb.
virtualaz.org
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin