Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
23:07 - 20 Avqust 2021
Şri-Lanka hakimiyyəti koronavirusa yoluxma sayının artmasına görə ölkə ərazisində sərt karantin elan edib.
Manşet.az "Reuters"ə istinadən məlumatına görə, səhiyyə naziri Kehelia Rambukvella tvitter hesabında bildirib ki, bütün əsas xidmətlər adi qaydada işləyəcək.
Karantin 10 gün müddətinə elan edilir və avqustin 30-da epidemioloji vəziyyət nəzərə alınmaqla yumşalmalara gedilə bilər.
32 milyon əhalisi olan bir ölkədə xəstəxanalar koronavirus xəstələri ilə doludur. Şri-Lankada son statistikaya görə, koronavirusa yoluxma sayı 3 897 nəfərdir. Bu ölkədə məktəblər, idman zalları və hovuzlar bağlıdır, toy və musiqi şouları qadağandır.
Şri-Lanka əhalisinin təxminən dörddə biri "Sinopharm" vaksinindən istifadə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin