“Türkiyədəki COVID xəstələrinin 90%-indən çoxu “Delta” ştammına yoluxub”- Fəxrəddin Qoca

22:19 - 20 Avqust 2021

“Türkiyədəki COVID xəstələrinin 90%-indən çoxu “Delta” ştammına yoluxub”- Fəxrəddin Qoca

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca cəmiyyətdə hərəkətliliyin artdığını, COVID tədbirlərinə riayət etmə dərəcəsinin azaldığını və məhz bu səbəbdən də yeni yoluxanların sayının artdığını bildirib.

Manşet.az xəbər verir ki, bu barədə "Anadolu” məlumat yayıb.

"Hazırda Türkiyədəki COVID xəstələrinin 90%-indən çoxu "Delta” ştammına yoluxub. "Delta plyus” variantı da getdikcə daha sürətlə yayılır, amma hələ ki, yüksək səviyyədə deyil. Variant dəyişikliyi keçiciliyin yüksək olmasına, bu isə öz növbəsində yoluxanların sayının artmasına gətirib çıxarıb. Əvvəllər sosial məsafə üçün 1,5 metr kifayət idisə, indi bu ən azı 2 metr olmalıdır”, - deyə nazir bildirib.

Fəxrəddin Qoca, həmçinin maska, məsafə və gigiyena qaydalarına riayət etməyin vacibliyini də qeyd edib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin