Velosipedçi yarış zamanı qəzaya düşdü

21:46 - 20 Avqust 2021

Velosipedçi yarış zamanı qəzaya düşdü

İspaniyanın "Movistar" komandasının velosipedçisi Alexandro Valverde nüfuzlu "Vuelta" yarışının yeddinci mərhələsində qəzaya düşüb.

Manşet.az-ın məlumatına görə, finişə 43 kilometr qalmış idarəetməni itirən idmançının velosipedi aşaraq, yarış zolağını tərk edib.

Hadisə nəticəsində ciddi xəsarət almayan velosipedçi həkimlərin müayinəsindən sonra mübarizəni davam etdirib. Lakin o, bir neçə kilometr məsafə qət etdikdən sonra yarışı dayandırıb.

Qeyd edək ki, "Vuelta" yarışı 1935-ci ildən İspaniya və Andorra ərazisində keçirilir.

 


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin