Bu ölkədə dərslər distant formada keçiriləcək

19:26 - 20 Avqust 2021

Bu ölkədə dərslər distant formada keçiriləcək

İranda yeni tədris ilində dərslər distant formada keçiriləcək.

Manşet.az xəbər verir ki, bu barədə İranın Koronavirusla Mübarizə üzrə Qərargahı qərar qəbul edib.

Qərara əsasən, İranda dərslər 23 sentyabrda başlayacaq və daha əlverişli sağlamlıq şəraiti yarananadək distant formada təşkil olunacaq.

Bildirilib ki, sıxlığın aradan qaldırılması üçün yeni məkanlar yaradılandan, eyni zamanda, siniflərin havalandırması, müəllimlərin və təhsil işçilərinin, şagirdlərin valideynlərinin peyvənd olunması təmin olunduqdan sonra şagirdlərin siniflərdə dərs keçməsi məsələsi araşdırılacaq və dərslərdə şagirdlərin iştirakı üçün qərar qəbul olunacaq.

Qeyd edək ki, İranda son həftələr koronavirusa yoluxma halları artıb. Ölkənin səhiyyə rəsmiləri müxtəlif şəhərlərdə dərman çatışmazlığından şikayətlənirlər.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin