“Neftçi”dən 3-cü qol - Yenilənir

23:00 - 19 Avqust 2021

“Neftçi”dən 3-cü qol - Yenilənir

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Manşet.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Neftçi" Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşacaq. İsrail çempionu ilə oyun saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.

Həm “Neftçi”, həm də “Makkabi” avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb. Burada mübarizəni dayandıran komandalar Avropa Liqasına, oradan da Konfrans Liqasına yuvarlanıblar.

Konfrans Liqası Pley-off (ilk oyun)

19 avqust 21:00.

“Neftçi” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) - 3:1 (İkinci hissə)

Qol: Y.Laval, 50, 66, Emin Mahmudov, 72 - O.Atzili, 10

Baş hakim: Delayod Uilli (Fransa)

Bakı. “Bakcell Arena”

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Huqo Basto, 10. Sezar Meza Kolli, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov.

Makkabi: 44. Coşua Kohen, 4. Əli Məhəmməd, 5. Boqdan Planiç, 7. Omer Atzili, 10. Tyaronn Çeri (k), 12. Sun Menaxem, 14. Xose Rodriqes, 16. Məhəmməd Abu-Fani, 21. Din David, 24. Ori Dahan, 25. Yosef-Raz Meyr.

Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Streyn, 3. Şon Qoldberq, 6. Neta Lavi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Gerşon.

Baş məşqçi: Barak Baxar.

***

Oyun başladı.

***

10-cu dəqiqədə qonaqlar hesabı açır - 0:1.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

50-ci dəqiqədə "Neftçi" hesabı bərabərləşdirir. Yusuf Laval fərqlənir - 1:1.

***

66-cı dəqiqədə Y.Laval dubl edir. "Neftçi" öndədir - 2:1

***

72-ci dəqiqədə Emin Mahmudov 3-cü qolu "Makkabi"nin qapısından keçirir.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin