"Türkiyə tarixdə nadir rastlanacaq fəlakətlərə şahid oldu"- Ərdoğan

21:27 - 19 Avqust 2021

"Türkiyədəki yanğınların bir qisminin terror təşkilatlarının qəsdən törətmə şübhəsilə bərabər təbii amillərin də rol oynadığı hallarla qarşılaşdıq".

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.R.T.Ərdoğan deyib ki, Türkiyə bir müddətdir məruz qaldığı quraqlıq, sel, yanğın fəlakəti ilə üz-üzədir: "Yanğın 4 həftəyə yaxındır 54 vilayətdə 150 min hektara öz təsirini göstərib. Təkcə Antalyada 82 min hektar ərazi yararsız hala düşüb".

Yanğın fəlakətində dəstək verən ölkələrə bir daha təşəkkür edən Türkiyə Prezidenti Kahramanmaraşda təyyarə qəzasında həlak olan Rusiya və Türkiyə vətəndaşları, eləcə də yanğnlar zamanı həyatını itirən digər vətəndaşlara görə təəssüfləndiyini ifadə edib, yaxınlarına başsağlığı verib.

Prezident bildirib ki, evləri yanan sakinlərə bir il ərzində yeni ev tikilərək təhvil veriləcək və yanan meşəliklər yeni fidanlar əkilməklə bərpa olunacaq: "Yanan ərazilər başqa məqsədlər, tikinti üçün əsla istifadə olunmayacaq. Yanğın fəlakəti mövzusunu istismar edənlərə rəğmən, bu fövqəladə vəziyyətin öhdəsindən layiqincə gələ bildik".

R.T.Ərdoğan Türkiyənin şimalında isə sel fəlakətinə məruz qalan bəzi ərazilərdə 1 kv/m-ə 458 kiloqram yağıntı düşdüyünü qeyd edib: "Rize, Artvin, Bartın, Sinop və Kastamonuda qısa müddətdə yağan fasiləsiz yağışlar dağıntılara yol açıb. Yüksəkliyi 5 metrə qədər olan sel suları önünə nə gəldi dağıdıb. Sel suları yaşayış yerlərini yararsız vəzyyətə salıb. Bu sel fəlakəti tarixdə nadir rastlanacaq hadisədir".

"Bu fəlakətlərə qarşı əzmlə mübarizə aparan hər kəsə təşəkkür edirəm", - deyə Türkiyə Prezidenti əlavə edib.APA


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin