Üç əsgər yoldaşını öldürən erməni hərbçi həbs edildi

21:16 - 19 Avqust 2021

Üç əsgər yoldaşını öldürən erməni hərbçi həbs edildi

Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin döyüş postunda 3 əsgər yoldaşını öldürən erməni hərbi qulluqçu həbs edilib.

Manşet.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, A.H. adlı erməni hərbçi barəsində cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistanda hərbi hissələrdən birində 3 hərbi qulluqçunun meyiti aşkarlanıb. Meyiti tapılan hərbçilər 2002-ci il təvəllüdlü Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyandır.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin