"Aberdin"in futbolçusu "Qarabağ"la oyunda ciddi zədə aldı

20:41 - 19 Avqust 2021

Şotlandiyanın "Aberdin" klubu Bakıda "Qarabağ"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda itki ilə üzləşib.

Manşet.az xəbər verir ki, qonaqların futbolçusu Endryu Konsidayn 13-cü dəqiqədə ciddi zədə alıb.

34 yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onu 15-ci dəqiqədə Conni Heys əvəzləyib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin