COP29-da tarixi qərar qəbul olundu
23 Noyabr 2024
18:12 - 19 Avqust 2021
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Manşet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Azərbaycanın digər qadın güləşçisi Birgül Soltanova (62 kq) da bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Luisa Şeel (Almaniya) / İva Geriç (Xorvatiya) cütünün qalibi olacaq. Qarşılaşma avqustun 20-də gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin