Bu rayona 13 sm qar yağdı - FAKTİKİ HAVA

14:10 - 7 Dekabr 2022

Bu rayona 13 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda dağlıq və dağətəyi rayonlarda qar yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Havanın temperaturu: iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.

Qeyd edək ki, qeyri-sabit, yağıntılı, soyuq hava şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin