Kanadada təyyarə magistral yola düşdü

22:25 - 6 Dekabr 2022

Kanadada təyyarə magistral yola düşdü

Kanadanın Ontario əyalətində kiçik təyyarə magistral yola düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Lankaster şəhəri yaxınlığında baş verib. “Cessna 150” təyyarəsində olan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yerdə xəsarət alan olmayıb.

Onun hadisə yerindən 17 km aralıda, qonşu Kvebek əyalətində yerləşən kiçik hava limanından havaya qalxdığı məlum olub.

Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin