İctimai və dövlət maraqlarının müdafiəsi

12:33 - 2 Dekabr 2022

İctimai və dövlət maraqlarının müdafiəsi

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən hesab olunur. Hər bir vətəndaş  vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur.

Hər bir vətəndaş dövlətin və dövlətçiliyin möhkəmlənməsinə əlindən gəldiyi tövhəni verməlidir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma dövlət və ictimai maraqların əhəmiyyətini artıran başlıca amillərdəndir.

Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindəndir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yanaşı, yeni yanaşma tələb edir. 44 günlük Qarabağ zəfərindən sonra regionda yaranan vəziyyət, Azərbaycanın uğurlarını həzm edə bilməyən güclərə qarşı mübarizə  ictimai və dövlət maraqlarının müdafiəsinin aktuallığını şərtləndirən amillərdəndir.

Millət vəkili Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, hazırki mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində dövlət və milli maraqların qorunması aktual məsələdir:

Hikmət Babaoğlu: Azərbaycanla Qazaxıstanın münasibətləri tarixində tamamilə  yeni mərhələ başlayıb - AZƏRTAC

“Çünki beynəlxalq nizamın yeni mərhələsinə gedən tarixi proseslərə şahidlik edirik. Bu prosesdə ictimai və dövlət maraqlarının təmin olunması üçün müxtəlif hibrid kombinasiyalardan ibarət çoxsaylı metod və üsullar tələb edilir.Yəni biz siyasi diplomatiya tarixində klassik ənənələrdən fərqli olaraq tamamilə yeni metod və üsullar görürürük .Ona görə də bu dinamik və ardıcıl proseslərlə ayaqlaşmaq və yeni platformada maraqları təmin etmək əlavə səylər və intellektual keyfiyyətləri zəruri edir. Bu  mənada Azərbaycanın atdığı addımlar ölkə daxili ictimai maraqlar baxımından sosial ədalət, ictimai həmrəylik və ümummilli mənafelərin təmin edilməsi istiqamətləri ilə səciyyəvidir.Beynəlxalq münasibətlər sistemində qətiyyət, uzaqgörən strateji diplomatiya və multiregional və qlobal əməkdaşlıq yaratmaq imkanları ilə əlamətdardır. Biri-birini tamamlayan bu iki mühim strateji komponent Azərbaycanı beynəlxalq münasibətlərdə güclü və nüfuzlu faktora çevirir”.

Millət vəkili hesab edir ki, ictimai və dövlət maraqlarının qorunması üçün həmrəylik əsas şərtlərdəndir:

“İctimai və dövlət maraqlarının qorunması ümumi kütləvi fəaliyyəti zəruri etdiyi üçün hər şeydən öncə milli maraqlarımızın realizə olunması üçün həmrəy şəkildə kütləvi-sinxiron hərəkət etməyi bacarmalıyıq. Biz Azərbaycan xalqı olaraq 44 günlük müharibədə bunun ən yaxşı nümunəsini yarada bildik. Bu ictimai münasibətlər sistemi tariximizdə bəlkədə əldə etdiyimiz ən  mühüm naliyyətlərimizdən biri idi. Bu keyfiyyət və bacarığımızı qoruyaraq ənənəyə çevirməli və onu mentalitetimizin və milli psixologiyamızın əsas komponetlərindən birinə çevirməliyik”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin