Ova cəhd edən şəxslər saxlanıldı

10:54 - 19 Avqust 2021

Ova cəhd edən şəxslər saxlanıldı

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini Amin Abdullayev və Ağstafa rayon sakini Biləndər Qurbanov olduğu məlum olub:

“Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və onlardan qanunsuz ov alətləri götürülüb”.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin